Trampın müşaviri Baydenin qələbə qazandığını qəbul etdi
Dünya 17 Noy 2020 08:43:00 131 0
"Görünür, demokratların namizədi Co Bayden ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlir".
Son.az oxu.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn deyib.
"Əgər uduşlu olmaq Bayden və Harrisin biletinin qismətirdirsə, bizdə Milli Təhlükəsizlik Şurası tərəfindən işlərin təhvil verilməsi çox peşəkar şəkildə ediləcək", - deyə R.Obrayn bildirib.
Mənbə: milli.az