"Huawei" şirkəti Honor smartfon brendini satdığını açıqlayıb


Digərləri 17 Noy 2020 09:00:00 133 0

"Huawei" şirkəti Honor smartfon brendini satdığını açıqlayıb

Çinin telekommunikasiya korporasiyası "Huawei" Honor markalı smartfon istehsalı üzrə biznesinin bir hissəsinin satıldığını açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin yaydığı press-relizində deyilib.

Qeyd edilib ki, "Huawei" bütün Honor şirkətinin aktivlərini Shenzhen Zhixin New Information Technology şirkətinə satmağa qərar verib.

Səbəb olaraq şirkət mobil cihazların istehsalı üçün zəruri olan "texniki komponentlərin daimi əlçatmamazlığı"nı qeyd edir.