Rusiyada son sutkada 22 778 nəfər koronavirusa yoluxub


Dünya 16 Noy 2020 12:54:00 115 0

Rusiyada son sutkada 22 778 nəfər koronavirusa yoluxub

Rusiyada koronavirusa yoluxanların sayı 1,9 milyon nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 22 778 nəfər virusa yoluxub, 303 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 948 603 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 33 489 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 453 849 nəfər virusdan sağalıb, 461 265 nəfərin müalicəsi isə davam edir.