Bayram Səfərovun oğlu işdən çıxarıldı


Digərləri 16 Noy 2020 12:37:00 131 0

Bayram Səfərovun oğlu işdən çıxarıldı

Daxili işlər orqanlarında yeni təyinat olub.

Son.az Unikal.org-a istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin rəisi, polis mayoru Məhşur Hüseynov vəzifədən azad olunaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi təyin olunub.

Xəzər RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xəlil Səfərov isə işdən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, Xəlil Səfərov Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.