Çox tərləmək təhlükəli xəstəliyin xəbərçisi imiş


Digərləri 15 Noy 2020 14:20:00 150 0

Çox tərləmək təhlükəli xəstəliyin xəbərçisi imiş

Heç bir səbəb olmadan çox tərləmək müalicəsi olmayan təhlükəli Parkinson xəstəliyinin ən çox yayılan əlamətlərindən biridir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Express" qəzeti ABŞ-ın Parkinson Xəstəlikləri Assosiasiyasına istinadla xəbər yayıb.

Nəşr bildirib ki, bu xəstəlikdə simptomlar tədricən yaranır və əhəmiyyətsiz görünür. Çox tərləmək də bunlardan biridir.

Mütəxəssislərin sözlərinə görə, həddindən çox tərləmə adətən bədənin yuxarı hissəsinə aiddir.

Ancaq o da vurğulanıb ki, Parkinsondan əziyyət çəkənlərin heç də hamısında bu simptom olmur.

Parkinson Alzheimerdən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. Ondan qorunmaq mümükün deyil. Ən çox bilinən əlaməti hərəkət pozulmasıdır. Təhlükəli xəstəliklər qrupuna aiddir. Təxminən hər 100 000 insanın 300-də müşahidə edilir.