Ukraynanın səhiyyə naziri koronavirusa yoluxdu


Dünya 15 Noy 2020 13:52:00 151 0

Ukraynanın səhiyyə naziri koronavirusa yoluxdu

Ukraynanın səhiyyə naziri Maksim Stepanov koronavirusa yoluxub.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

"Dostlar, bütün ehtiyata və təhlükəsizlik qaydalarına riayət olunmasına baxmayaraq, təəssüf ki, bu gün COVID-19 testim müsbət nəticə verdi. İndi özümü təcrid etmişəm, evdəyəm. Mən distant işləyəcəyəm, gündəlik brifinqləri buradan keçirəcəyəm", - deyə Stepanov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin koronavirusa yoluxması barədə xəbər verilmişdi.