21 yaşlı qıza yazdığı özəl ismarışlar ifşa olundu


Digərləri 15 Noy 2020 13:36:00 196 0

21 yaşlı qıza yazdığı özəl ismarışlar ifşa olundu

Hazırda "Sadakatsız" serialında baş rollardan birini canlandıran türkiyəli aktyor Caner Cindorukun sosial şəbəkədə özündən 19 yaş kiçik xanıma yazdığı ismarışlar ifşa olunub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, sonuncu dəfə Selin Şekerci ilə eşq yaşayan Canerin mesajlarını 21 yaşlı Melissa öz instaqram hesabında paylaşıb.

"Sabah nə edirsən?", "Görüşək", "Niyə cavab yazmırsan" ismarışlarını göndərən aktyora Melissanın cavabı belə olub:

"Hesab edirəm ki, "Sadakatsız" serialında "Volkan" obrazını canlandıran Caner elə həyatda da eyni şəxsdir. Onun mənə yazdığı mesajlara baxın".

Qeyd edək ki, Caner sözügedən serialda həyat yoldaşına xəyanət edən bir şəxsi canlandırır.

Son.az