Nikol bütün erməniləri həbs etməli olacaq


Dünya 15 Noy 2020 13:22:00 139 0

Nikol bütün erməniləri həbs etməli olacaq

Nikol, sonda bütün erməni xalqını həbs etməli olacaqsan. Çünki sən və kuklalarından başqa hamı vətənini xilas etmək üçün düşünür və hərəkət edir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan öz Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan baş naziri üzr istəmək əvəzinə, siyasi diktatura və repressiya yolunu seçdi:

"Bu ssenari bizə çoxdan məlumdur, lakin bizi bununla qorxutmaq qeyri-mümkündür. Paşinyan öz mövqeyini qorumaq üçün teatrda yeni ssenari ortaya qoydu, Vətən Partiyasının lideri Artur Vanetsyan, Respublika fraksiyasının lideri Vaqram Baqdasaryan, həmçinin "arsax azadlığı" uğrunda döyüşən Aşot Minasyan və Aşot Avaqyanı ittiham edib".