Ermənistanda daha 1482 nəfər koronavirusa yoluxub, 25 nəfər ölüb


Dünya 15 Noy 2020 12:43:00 109 0

Ermənistanda daha 1482 nəfər koronavirusa yoluxub, 25 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 117 337 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 1 482 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 25 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 763 nəfər koronavirusdan ölüb, 40 140 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Son.az