İran öz istehsalı olan koronavirus əleyhinə peyvəndlərin sınaqlarına başlayıb


Dünya 15 Noy 2020 12:28:00 139 0

İran öz istehsalı olan koronavirus əleyhinə peyvəndlərin sınaqlarına başlayıb

İranlı alimlər koronavirus infeksiyasına qarşı öz ölkələrinin istehsalı olan iki peyvəndin sınaqlarına başlayıblar.

Son.az oxu.az-a istinadən bildirir ki, peyvəndlərin sınaqdan keçirilməsi üçün çox sayda könüllü müraciət edib.

Qeyd edək ki, İran istifadəsinə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən icazə veriləcək peyvəndi almağa hazır olduğunu bildirmişdi.