Bakıda evdən qızılzinət əşyaları oğurlanıb


Kriminal 14 Noy 2020 18:54:42 151 0

Bakıda evdən qızılzinət əşyaları oğurlanıb

Bakının Xətai rayonunda mənzildən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, noyabrın 12-də Xətai rayonu ərazisindəki evlərin birindən 1 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan H. Quliyev noyabrın 13-də saxlanılıb.