Mənim balalarım bilmir ki, babalarının qəbri haradadır? FOTO


Digərləri 14 Noy 2020 18:44:00 144 0

Mənim balalarım bilmir ki, babalarının qəbri haradadır?  FOTO

Həyatın bumeranq üzüdür bəlkə də. Ermənilər Kəlbəcəri tərk edir. Amma guya öz vətənlərindən qovulurmuş mənzərəsi yaradırlar. Özgəsinin torpağında məskunlaşan bir millət öz məğlubiyyətinə sızlayır. Hansı ki, bunların əksəriyyəti 1992-ci ildə, qışın soyuğunda dinc Kəlbəcər sakinlərinə rayonu tərk etmələri üçün 10 saat vaxt verənlərin ailələri, qızları, gəlinləridir. Son.az xəbər verir ki, ARB Xəbər  28 ildir Kəlbəcərdən uzaq düşən sakinlər ilə bağlı maraqlı süjet hazırlayıb. Şahin Əsgərov - Kəlbəcər sakini: "Biz Murovu aşanda qardaşımın uşağı körpə idi, 3-4 yaşı olardı. Uşağa su verməyə qab tapmadıq. Balaca qardaşım ovcunda su gətirib uşağa içirdi". Şahin Əsgərov - Kəlbəcər sakini: "Mənim balalarım bilmir ki, babalarının, nənələrinin, qəbri haradadır. Bundan böyük zərbə nə ola bilər? Şükür Allaha! Bu gün hamısı qayıtdı, qayıdır. Hələ də inana bilmirəm". Bu gün minlərlə kəlbəcərli evinə getməyə hazırlaşır. Düşmən isə öz köçəri taleyini yaşayır. Təbii ki, bu köçdən daha gözəl mənzərə isə kəlbəcərlilərin öz ata-baba yurdlarına qayıtması üçün yollarının açılacağı həmin o gündür".