Rusiyada koronavirusa gündəlik yoluxma sayı ilk dəfə 22 mini ötdü


Dünya 14 Noy 2020 18:05:00 97 0

Rusiyada koronavirusa gündəlik yoluxma sayı ilk dəfə 22 mini ötdü

Rusiyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı il dəfə olaraq 22 mini ötüb. Son sutkada ölkədə 22 702 nəfər koronavirusa yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 903 253 nəfərə çatıb.

Son sutka ərzində 391 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 32 834 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.