Tovuzda silahlı şəxs saxlanıldı


Kriminal 13 Noy 2020 13:23:00 167 0

Tovuzda silahlı şəxs saxlanıldı

Tovuzda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayon sakini E.Qəhrəmanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış zamanı sərnişin N.Məsimovdan "AK-74" markalı avtomat silahı, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.