"Azərbaycanın çevik reaksiyasına görə helikopterin vurulması ilə bağlı açıqlamanı qəbul etdik"


Siyasət 13 Noy 2020 12:43:55 129 0

"Azərbaycanın çevik reaksiyasına görə helikopterin vurulması ilə bağlı açıqlamanı qəbul etdik"

Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı Azərbaycanın çevik reaksiyası və qərəzsiz araşdırma aparmağa hazır olması Moskvaya üzrxahlığı qəbul etməsinə imkan verdi.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O deyib: "Azərbaycanlıların, Azərbaycan Prezidentinin çevik reaksiyası və Azərbaycanın təfərrüatları qərəzsiz araşdırmağa və günahkarları cəzalandırmağa hazır olması bizə bu üzrxahlığı qəbul etməyə imkan verdi".