Həftəsonu Bakıda küçələrə çıxmamaq tövsiyə edilir


Digərləri 13 Noy 2020 12:12:00 134 0

Həftəsonu Bakıda küçələrə çıxmamaq tövsiyə edilir

Həftəsonu Bakıda küçələr dezinfeksiya ediləcək.

Paytaxtın kommunal strukturlarından Son.az-a verilən məlumata görə, son günlərdə Covid-19-a yoluxanlarının sayında artımin olması nəzərə alınaraq noyabr ayının 14 və 15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.