Xalq artistinin leytenant oğlu da şəhid olub


Digərləri 13 Noy 2020 12:13:16 154 0

Xalq artistinin leytenant oğlu da şəhid olub

Xalq artisti Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə Vətən müharibəsində şəhid olub.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda Əməkdar artist Vəfa Zeynalova bildirib. O qeyd edib ki, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası olan Ə.Nuranın övladı Şuşanın düşməndən azad edilməsi uğrunda aparılan döyüşlərdə iştirak edib:

"O, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə canından keçib. Ruhu şad olsun! Torpaq Rövşən kimi oğullarla Vətən olur! Bütün şəhidlərimizin əbədi və əziz xatirəsi qarşısında baş əyirik!"