Körpü canlı yayım zamanı dağılmağa başladı VİDEO


Dünya 13 Noy 2020 12:06:00 113 0

Körpü canlı yayım zamanı dağılmağa başladı  VİDEO

ABŞ-ın Şimali Karolina ştatında jurnalistlər pis hava şəraiti ilə bağlı canlı reportaj yayımlayarkən üzərində olduqları körpü sel suları nəticəsində dağılmağa başlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, insident Aleksander dairəsi adlandırılan ərazidə baş verib.

Belə ki, efirdə olan jurnalist bir neçə gün davam edən güclü yağışlar səbəbindən çayda suyun artması barədə danışdığı an körpünün bir hissəsi dağılmağa başlayıb.

Körpünün üstündə olan insanlar dərhal ərazidən uzaqlaşıb. Xəsarət alan olmayıb.