BMT Təhlükəsizlik Şurası Mərkəzi Afrika Respublikasında sülhməramlı missiyasını uzadıb


Dünya 13 Noy 2020 09:27:00 110 0

BMT Təhlükəsizlik Şurası Mərkəzi Afrika Respublikasında sülhməramlı missiyasını uzadıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası BMT-nin Mərkəzi Afrika Respublikasındakı Stabilizasiya Missiyasının səlahiyyətlərini bir il müddətinə uzadıb.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı müvafiq qətnamə qəbul edilib.

Qəbul edilmiş qətnaməyə görə, 2020-2021-ci illərdə BMT missiyası "MAR hakimiyyətinə dinc prezident, parlament və regional seçkilərin hazırlanması və keçirilməsində yardım göstərəcək".

Qeyd edək ki, MAR-da BMT-nin ən çox sayda missiyasından biri, 11 650 sülhməramlı da daxil olmaqla fəaliyyət göstərir.