Moskvada koronavirusdan daha 70 nəfər ölüb


Dünya 13 Noy 2020 08:40:00 148 0

Moskvada koronavirusdan daha 70 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 70 nəfər ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 70 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 7 643 nəfərə çatıb.