Türkiyə Qarabağla bağlı razılaşmanın həyata keçirilməsində fəal iştirak edir Hulusi Akar


Siyasət 13 Noy 2020 08:19:00 131 0

Türkiyə Qarabağla bağlı razılaşmanın həyata keçirilməsində fəal iştirak edir  Hulusi Akar

Türkiyə Dağlıq Qarabağla bağlı razılaşmanın həm danışıqlar masasında, həm də onun praktiki reallaşdırılması baxımından həyata keçirilməsində fəal iştirak edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

H.Akar bildirib: "Prosesin mərkəzində Türkiyə dayanır. Həm danışıqlar masasında, həm də "yerdə". Heç bir "fait failli" dən söhbət gedə bilməz".

Nazir əlavə edib ki, razılaşmanın həyata keçirilməsi ilə bağlı müxtəlif aspektlərini müzakirə etmək üçün Rusiyadan böyük bir nümayəndə heyətinin Türkiyəyə gələcək:

"Kimin harada duracağını, kimin nə edəcəyini taktika və texnologiya baxımından müzakirə ediləcək".