Bakıda tarixi abidəyə müdaxilənin qarşısı alınıb


Kriminal 12 Noy 2020 18:24:00 61 0

Bakıda tarixi abidəyə müdaxilənin qarşısı alınıb

Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 3 ünvanında yerləşən Bakı şəhər Univermağının binasının Ə.Əlizadə küçəsi tərəfdə yerləşən, hazırda əyləncə məkanı (Bar2kat Baku) kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin istifadəçisi tərəfindən binanın fasadında sütunların qara, elementlərin isə qızılı rənglə boyanması faktı qeydə alınıb.

Mədəniyyət Nazirliyindən Son.az-a bildirilib ki, qeyd olunan bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (İnv.№ 3459) dövlət qeydiyyatına alınıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Baş Polis İdarəsinin əməkdaşları dərhal əraziyə baxış keçirərək abidəyə müdaxilə faktını qeydə almış və təxirəsalınmaz tədbirlər həyata keçiriblər. Abidəyə dəyən ziyan müəyyən edilərək qeyri-yaşayış sahəsinin istifadəçisi İnzibati Xətalar Məcəlləsinə əsasən tərtib edilmiş protokola uyğun olaraq cərimələnib.

Qeyri-yaşayış sahəsinin istifadəçisinə bildirilib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin qanunun 25-ci maddəsinə əsasən abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır.

Hazırda binanın fasadı təmizlənir, abidənin ilkin vəziyyətinə qaytarılması istiqamətində iş aparılır.

Bərpa işləri başa çatdıqdan sonra əlavə məlumat veriləcəkdir.

Azərbaycanlı müğənni koronavirusa yoluxub like
  • 12 Noy 18:19  
Şou-biznes Azərbaycanlı müğənni koronavirusa yoluxub

Müğənni Xalid Hacıyev koronavirusa yoluxub.

arrow Ətraflı
Azərbaycan ərazisində xristian dini mirasının qorunmasını daim diqqətdə saxlayacaq like
  • 12 Noy 18:17  
Kriminal Azərbaycan ərazisində xristian dini mirasının qorunmasını daim diqqətdə saxlayacaq

Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar v

arrow Ətraflı
Sürücüsü içində olan maşın qəfil partladı like
  • 12 Noy 18:09  
Digərləri Sürücüsü içində olan maşın qəfil partladı

Kəlbəcər rayon sakini Ebil Orucova məxsus "Mitsubishi" markalı mi

arrow Ətraflı
"Bitcoin"in dəyəri 16 min dolları ötüb like
  • 12 Noy 18:04  
Dünya "Bitcoin"in dəyəri 16 min dolları ötüb

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyər

arrow Ətraflı
Uşaq əməyindən istifadə ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib like
  • 12 Noy 18:02  
Siyasət Uşaq əməyindən istifadə ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində,

arrow Ətraflı
Azərbaycanın qələbəsi enerji layihələrimizin təhlükəsizliyini də təmin edəcək like
  • 12 Noy 18:01  
Digərləri Azərbaycanın qələbəsi enerji layihələrimizin təhlükəsizliyini də təmin edəcək

Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın Qara

arrow Ətraflı
28 il sonra Şuşadakı evlərini gördü, ağladı like
  • 12 Noy 17:58  
Digərləri 28 il sonra Şuşadakı evlərini gördü, ağladı

REAL TV-nin aparıcısı Xatirə Sərdarqızı 28 ildən sonra Şuşa şəhərin

arrow Ətraflı
"Qarabağın işğaldan azad edilməsi yeni marşrutların salınmasına imkan verir" like
  • 12 Noy 17:57  
Siyasət "Qarabağın işğaldan azad edilməsi yeni marşrutların salınmasına imkan verir"

"Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş b

arrow Ətraflı
Daxili İşlər nazirindən daha bir TƏYİNAT like
  • 12 Noy 17:54  
Digərləri Daxili İşlər nazirindən daha bir TƏYİNAT

Daxili İşlər orqanlarında dəyişiklik olub.

arrow Ətraflı
Azərbaycanın böyük Qələbəsindən qorxanlar like
  • 12 Noy 17:44  
Siyasət Azərbaycanın böyük Qələbəsindən qorxanlar

Qarabağ Azərbaycandır! Bu artıq bir tarixdir - Azərbaycanın şərəf salna

arrow Ətraflı
Ermənilər mənə minlərlə təhdid mesajı göndərib like
  • 12 Noy 17:43  
Siyasət Ermənilər mənə minlərlə təhdid mesajı göndərib

Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə fransalı deputat ermənil

arrow Ətraflı
Milli Məclisdə Fransa nümayəndə heyəti ilə görüş keçirilib like
  • 12 Noy 17:42  
Siyasət Milli Məclisdə Fransa nümayəndə heyəti ilə görüş keçirilib

Noyabrın 12-də Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işç

arrow Ətraflı
Ombudsman hərbi əsirlərlə bağlı məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırıb like
  • 12 Noy 17:41  
Digərləri Ombudsman hərbi əsirlərlə bağlı məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırıb

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri

arrow Ətraflı