"Bitcoin"in dəyəri 16 min dolları ötüb


Dünya 12 Noy 2020 18:04:00 173 0

"Bitcoin"in dəyəri 16 min dolları ötüb

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri bu gün 4% artaraq 2018-ci ilin yanvar ayından ilk dəfə 16 min ABŞ dollarını keçib.

Son.az APA-ya istinadən bildirir ki, hazırda sözügedən valyutanın dəyəri yenidən cüzi azalaraq 15 888,09 dollara enib.

Qeyd edək ki, "CoinMarketCap" portalının məlumatına əsasən, "Bitcoin" ümumi qlobal kriptovalyuta bazarının 64,6%-ni təşkil edir.