Azərbaycan ərazisində xristian dini mirasının qorunmasını daim diqqətdə saxlayacaq


Kriminal 12 Noy 2020 18:17:00 59 0

Azərbaycan ərazisində xristian dini mirasının qorunmasını daim diqqətdə saxlayacaq

Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir dinc yanaşı yaşayır, qurub-yaradırlar. Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir və onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən tam mühafizə edilir və mütəmadi olaraq bərpa edilir. Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-ci ilin oktyabr ayında Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirmişdir.

Mədəniyyət Nazirliyindən Son.az-a bildirilib ki, maddi-mədəni irsə dəyər verilməsi, tarixi-dini abidələrimizin, o cümlədən kilsə, sinaqoqların bərpası və yenidən qurulması Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir:

"Bildiririk ki, son 20 ildə Rus Pravoslav Baş Kafedral Kilsəsi ("Jen Mironosits" pravoslav kafedral kilsəsi), "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir edilmiş, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilmişdir. Belə ki, Qəbələdəki Çotari alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsi inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılmışdır. 2020-ci ildə layihə çərçivəsində Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni Kilsəsi bərpa edilmiş və insanların sərbəst istifadəsinə verilmişdir.

Azərbaycan təkcə ölkə daxilində deyil dünya miqyasında xristian irsinin qorunmasına töhfələr vermişdir. Ölkəmizin dəstəyilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombaları, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilən Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin ucaldılması bu faktların sırasındadır.

Bununla yanaşı, Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bildirir ki, işğaldan azad edilmiş ərazilərdəki müsəlman abidələri ilə yanaşı, xristian mirası da mənşəyindən asılı olmayaraq yüksək səviyyədə qorunacaq, bərpa ediləcək və istifadəyə veriləcəkdir".

Sürücüsü içində olan maşın qəfil partladı like
  • 12 Noy 18:09  
Digərləri Sürücüsü içində olan maşın qəfil partladı

Kəlbəcər rayon sakini Ebil Orucova məxsus "Mitsubishi" markalı mi

arrow Ətraflı
"Bitcoin"in dəyəri 16 min dolları ötüb like
  • 12 Noy 18:04  
Dünya "Bitcoin"in dəyəri 16 min dolları ötüb

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyər

arrow Ətraflı
Uşaq əməyindən istifadə ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib like
  • 12 Noy 18:02  
Siyasət Uşaq əməyindən istifadə ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində,

arrow Ətraflı
Azərbaycanın qələbəsi enerji layihələrimizin təhlükəsizliyini də təmin edəcək like
  • 12 Noy 18:01  
Digərləri Azərbaycanın qələbəsi enerji layihələrimizin təhlükəsizliyini də təmin edəcək

Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın Qara

arrow Ətraflı
28 il sonra Şuşadakı evlərini gördü, ağladı like
  • 12 Noy 17:58  
Digərləri 28 il sonra Şuşadakı evlərini gördü, ağladı

REAL TV-nin aparıcısı Xatirə Sərdarqızı 28 ildən sonra Şuşa şəhərin

arrow Ətraflı
"Qarabağın işğaldan azad edilməsi yeni marşrutların salınmasına imkan verir" like
  • 12 Noy 17:57  
Siyasət "Qarabağın işğaldan azad edilməsi yeni marşrutların salınmasına imkan verir"

"Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş b

arrow Ətraflı
Daxili İşlər nazirindən daha bir TƏYİNAT like
  • 12 Noy 17:54  
Digərləri Daxili İşlər nazirindən daha bir TƏYİNAT

Daxili İşlər orqanlarında dəyişiklik olub.

arrow Ətraflı
Azərbaycanın böyük Qələbəsindən qorxanlar like
  • 12 Noy 17:44  
Siyasət Azərbaycanın böyük Qələbəsindən qorxanlar

Qarabağ Azərbaycandır! Bu artıq bir tarixdir - Azərbaycanın şərəf salna

arrow Ətraflı
Ermənilər mənə minlərlə təhdid mesajı göndərib like
  • 12 Noy 17:43  
Siyasət Ermənilər mənə minlərlə təhdid mesajı göndərib

Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə fransalı deputat ermənil

arrow Ətraflı
Milli Məclisdə Fransa nümayəndə heyəti ilə görüş keçirilib like
  • 12 Noy 17:42  
Siyasət Milli Məclisdə Fransa nümayəndə heyəti ilə görüş keçirilib

Noyabrın 12-də Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işç

arrow Ətraflı
Ombudsman hərbi əsirlərlə bağlı məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırıb like
  • 12 Noy 17:41  
Digərləri Ombudsman hərbi əsirlərlə bağlı məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırıb

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri

arrow Ətraflı
İranda koronavirusdan ölənlərin sayı 40 mini keçib like
  • 12 Noy 17:39  
Dünya İranda koronavirusdan ölənlərin sayı 40 mini keçib

İranda ötən sutka ərzində 457 nəfər koronavirusdan (COVID 19) ölüb.

arrow Ətraflı
“Ermənistan 50 milyard dollarlıq təzminat ödəməli olacaq” like
  • 12 Noy 17:38  
Digərləri “Ermənistan 50 milyard dollarlıq təzminat ödəməli olacaq”

"Bu sənədə görə, nəinki ərazilərimizi itirdik, həm də Ermənistan

arrow Ətraflı