Daxili İşlər nazirindən daha bir TƏYİNAT


Digərləri 12 Noy 2020 17:54:00 131 0

Daxili İşlər nazirindən daha bir TƏYİNAT

Daxili İşlər orqanlarında dəyişiklik olub.

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polkovnik-leytenant Elmir İsgəndərov vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, DİN-in Baş mühafizə İdarəsinin Xidmətin Təşkili İdarəsinə rəis təyin edilib.