Dağlıq Qarabağın statusu yoxdur, ən yaxşı halda mədəni muxtariyyət ola bilər


Digərləri 12 Noy 2020 16:42:00 119 0

Dağlıq Qarabağın statusu yoxdur, ən yaxşı halda mədəni muxtariyyət ola bilər

Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyət verilməsi imkanını nəzərdən keçirir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onlayn brifinq zamanı deyib.

O bildirib ki, bu gün Dağlıq Qarabağın statusu yoxdur:

"Bu, ən yaxşı halda orada yaşayan erməni əhali üçün mədəni muxtariyyət ola bilər".

Səfir əlavə edib ki, Qarabağı tərk etmiş azərbaycanlılar oraya qayıdacaq.