“Ermənistan 50 milyard dollarlıq təzminat ödəməli olacaq”


Digərləri 12 Noy 2020 17:38:00 158 0

“Ermənistan 50 milyard dollarlıq təzminat ödəməli olacaq”

"Bu sənədə görə, nəinki ərazilərimizi itirdik, həm də Ermənistan üzərinə bizim və gələcək nəsillərimizin ödəyəcəyi 50 milyard dollardan çox öhdəlik qoyulub".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş prokuroru və AİHM-dəki keçmiş nümayəndəsi Gevorg Kostanyan deyib.

"İki il əvvəl Qarabağ və ətraf yeddi rayonda Azərbaycana dəymiş maddi ziyanla əlaqədar olaraq Ermənistana qarşı təzminat iddiası ilə bağlı məhkəmə prosesinin hazırlandığı barədə xəbərdarlıq etmişdik. Lakin Ermənistanın bu məsələdə məsuliyyət daşıdığı barədə kifayət qədər dəlil olmadığından bu iddianı təqdim edə bilməyiblər",- deyə Kostanyan vurğulayıb.

O qeyd edib ki, Azərbaycana dəyən ziyanın hesablanması üçün işə beynəlxalq təşkilatlar cəlb edilib.

Kostanyan Azərbaycan Prezidentinin Ermənistana qarşı oxşar bir iddia hazırlanması ilə bağlı açıqlamasını da xatırladıb.

"Əminəm ki, Ermənistanın baş naziri 10 noyabr tarixində tanınmış sənədi imzalayaraq, Ermənistan Respublikasının öhdəliyin subyekti olduğunu təsdiqlədiyindən və bununla da dəymiş ziyana görə birbaşa öhdəliyi öz üzərinə götürdüyündən bu istiqamətdə işlər daha da gücləndirilib",- deyə Kostanyan bildirib.