Məşhur aktyor "Zümrüdüanka"da rol alacaq FOTO


Digərləri 12 Noy 2020 17:05:00 160 0

Məşhur aktyor "Zümrüdüanka"da rol alacaq  FOTO

Türkiyənin reytinqli layihələrindən olan "Zümrüdüanka"ya yeni aktyor daxil olub.

Son.az axşam.az-a istinadən bildirir ki, 66 yaşlı aktyor Menderes Samancılar bundan sonra ekran işində rol alacaq. O ekran işində "Behram" obrazına həyat verəcək.

Menderes yeni layihəsi ilə bağlı açıqlamasında "Serialın çəkilişləri üçün Kapadokyaya gəldim. "Zümrüdüanka" maraqlı və diqqətçəkən senarisinə görə bütün tamaşaçıları ekran başına toplamağı bacardı. Mən də bu layihədə rol alacağım üçün çox xoşbəxtəm" sözlərini deyib.

Qeyd edək ki, "Zümrüdüanka" bu ilin yanvarında ekranlara gəlib. Baş rollarını Alp Novruz və Ceren Yılmaz canlandırdığı ekran işində iki gəncin keçməkeşli eşq həyatından bəhs edilir.