Ağ Evə aparat rəhbəri təyin olundu


Dünya 12 Noy 2020 16:26:00 165 0

Ağ Evə aparat rəhbəri təyin olundu

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Ağ Evin aparat rəhbəri vəzifəsinə Ron Kleyni təyin edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Röyters" xəbər agentliyi məlumat yayıb. Qeyd olunub ki, 59 yaşlı Kleyn Obama administrasiyası dövründə ABŞ vitse-prezidentinin aparat rəhbəri olub və təyinat heç kim üçün sürpriz olmayıb.

Kleyn sabiq Prezident Donald Trampın koronavirus əleyhinə siyasətinin ən açıq tənqidçilərindən biri kimi də tanınır.