"Əminəm ki, Qarabağla bağlı razılaşmanın bütövlüyü qorunub saxlanacaq"


Siyasət 12 Noy 2020 14:14:00 138 0

"Əminəm ki, Qarabağla bağlı razılaşmanın bütövlüyü qorunub saxlanacaq"

Mən əminəm ki, Ermənistan hökuməti öz məsuliyyətini tam başa düşür.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşmalarda nəyə imza atdığını başa düşür:

"Əminəm ki, bu razılaşmanın bütövlüyü qorunub saxlanacaq və icra olunacaq. Hesab edirəm ki, razılaşdığımız şərtləri icra etsək, bu, hamının xeyrinə olacaq. Hələ ki, bu razılaşmanı kiminsə pozmaq cəhdləri nəzərə çarpmır".