Ukraynanın xam neft idxalında Azərbaycanın payı artıb


Digərləri 12 Noy 2020 14:14:00 158 0

Ukraynanın xam neft idxalında Azərbaycanın payı artıb

2020-ci ilin ilk 10 ayı ərzində Ukraynanın xam neft idxalında Azərbaycanın payı 62 faizi keçib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ukrayna Gömrük Xidmətinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu ilin yanvar-oktyabr aylarında Ukrayna neft və neft xammalı idxalını 1,05 milyon tonadək və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə (438,33 min ton) artırıb.

Qeyd olunur ki, hesabat dövründə Ukrayna 344,85 milyon dollar və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çox xammal idxal edib.

Bu müddət ərzində Ukrayna tərəfindən Azərbaycandan 216,16 milyon dollar (62,68 faiz), ABŞ-dan 83,05 milyon dollar (24,08 faiz), Liviyadan 45,56 milyon dollar (13,21 faiz), digər ölkələrdən 0,09 milyon (0,03 faiz) həcmində xammal idxal olunub.