İrəvana göndərilən helikopterlər ağır yük təyyarəsinə belə yükləndi VİDEO


Siyasət 12 Noy 2020 14:03:00 120 0

İrəvana göndərilən helikopterlər ağır yük təyyarəsinə belə yükləndi  VİDEO

Dağlıq Qarabağdakı sülhməramlı kontingenti üçün ayrılan çoxməqsədli "Mi-8" və "Mi-24" hücum helikopterləri Ermənistana gətirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, helikopterlərin "An-124" ağır yük təyyarəsinə yüklənməsi videoya çəkilib.

Artıq 8 ədəd helikopter İrəvana gətirilib. Helikopterlər atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin havadan izlənilməsində istifadə ediləcək.

Bununla yanaşı helikopterlər sülhməramlıların şəxsi heyətini və resurslarını Dağlıq Qarabağın ucqar bölgələrinə çatdırmaq üçün də istifadə olunacaq.