Yerevanda müxalifət yeni mitinq təyin etdi


Dünya 12 Noy 2020 11:57:00 147 0

Yerevanda müxalifət yeni mitinq təyin etdi

Ermənistan müxalifəti noyabrın 12-si (bu gün) saat 17:00-da Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüş-mitinq keçirməyi planlaşdırır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müxalifət qüvvələrinin nümayəndələri bildirib:

"Hakimiyyət bizim qanuni tələblərimizə repressiyalarla cavab verdi. Etiraz hərəkatının liderləri güc strukturları tərəfindən saxlanılıb. Vətəninə biganə olmayan hər kəs saat 17:00-da yürüşə gəlin. Bizim tələbimiz Paşinyanın istefasıdır. Lakin biz Ermənistanda siyasi məhbusların azadlığı uğrunda da mübarizə aparacağıq".