Zelenski xəstəxanaya yerləşdirildi


Dünya 12 Noy 2020 11:38:04 140 0

Zelenski xəstəxanaya yerləşdirildi

Ukrayna Prezidenti Vladimir Zelenski xəstəxanaya yerləşdirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 9 noyabrda koronavirusa yoluxduğunu açıqlayan Zelenskinin bu gün Dövlət İşlər İdarəsinin "Feofaniya" klinik xəstəxanasına yerləşdirildiyi məlum olub.

Bildirilib ki, Ukrayna dövlət başçısı işlərini oradan idarə edəcək: "Prezidentin iclas keçirməsi üçün təchiz olunmuş xüsusi bir otaq var. Hətta bu gün bir çox onlayn konfrans keçirib".

Zelenski ilə birlikdə Prezident ofisinin rəhbəri Andrey Yermak da koronavirusa görə sözügedən xəstəxanada müalicə alır.

Zelenski ilə Yermak təkbətək görüşmür, telefon vasitəsilə əlaqə saxlayır.