“Həyat yoldaşımın qisası alındı...” VİDEO


Digərləri 12 Noy 2020 11:40:00 188 0

“Həyat yoldaşımın qisası alındı...”  VİDEO

Sevinirəm ki, həyat yoldaşımın qanı yerdə qalmadı, biz qələbə qazandıq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu şəhid kapitan Ceyhun Həsənovun həyat yoldaşı Rəvanə Həsənova deyib.

O bildirib ki, həyat yoldaşının qisasının alınması onu qürurlandırır: "Bu həm də məni sakitləşdirir. Övladlarıma gələcəkdə həm atalarının, həm də Ordumuzun şücaətindən danışacağam. Mən fəxr edirəm ki, kapitan Ceyhun Həsənovun xanımı, o cümlədən gələcəyin iki əsgərinin anasıyam. Vətənimizə, torpağımıza və dövlətimizə həmişə xidmət etməyə hazırıq. Biz Ali Baş Komandanımızla, vətənimizlə, şəhidlərimizlə, Ceyhunla fəxr edirik".