"Atəşkəsə nəzarət mərkəzinin ayrıayrı yerlərdə şöbələri olacaq"
Siyasət 12 Noy 2020 11:17:00 120 0
Atəşkəsə nəzarət üzrə monitorinq mərkəzi Azərbaycan tərəfindən bizə təqdim ediləcək ərazidə yerləşdiriləcək.
Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib ki, mərkəzin ayrı-ayrı yerlərdə şöbələri olacaq: "Mərkəzin və şöbələrin hansı ərazilərdə yerləşməsini ev sahibi deyəcək:
"Əlbəttə, biz mərkəzin və şöbələrin hansı ərazilərdə yerləşməsinin faydalı ola biləcəyi ilə bağlı tövsiyələr verəcəyik, bu məsələ birgə müzakirə ediləcək, lakin son qərar Azərbaycanın razılığı ilə veriləcək".
Mənbə: milli.az