Ankarada "Qarabağa Azadlıq" parkı salınacaq Mansur Yavaş TREND BİAnın “Bakıİstanbul” telekörpü layihəsində VİDEO


Siyasət 12 Noy 2020 09:59:52 145 0

Ankarada "Qarabağa Azadlıq" parkı salınacaq  Mansur Yavaş TREND BİAnın “Bakıİstanbul” telekörpü layihəsində  VİDEO

Azərbaycanın şanlı qələbəsi şərəfinə Ankarada "Qarabağa Azadlıq" parkı salınacaq.

Bunu TREND BİA-nın "Bakı-İstanbul" telekörpü layihəsi çərçivəsində çıxışı zamanı Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş deyib.

O qeyd edib ki, salınması nəzərdə tutulan parkda Qarabağda qəhrəmancasına şəhid olanların xatirələri yaşadılacaq:

"Bilirsiniz, Ankarada Azərbaycan prospekti var və bu prospekt də yenilənəcək".

M.Yavaş onu da əlavə edib ki, Azərbaycan vətən müharibəsini başladığı gündən etibarən Ankara qalasında Azərbaycan bayraqları Türkiyə bayraqları ilə birgə dalğalandırılıb, eyni zamanda Ankara bələdiyyə binasında da Türkiyə ilə Azərbaycan bayraqları yanaşı asılıb.

Bələdiyyə sədri qeyd edib ki, Türkiyədə bütün platformalarda Xocalı faciəsi, eyni zamanda Azərbaycanın digər rayonlarının işğal günləri anılıb, Dağlıq Qarabağ problemi hər zaman gündəmdə saxlanılıb:

"Azərbaycanın müstəqilliyini əldə etdiyi gündən indiyə qədər qardaş Azərbaycana çox önəm verdik. Təəssüflər olsun ki, hələ ki Azərbaycana gələ bilməmişəm, amma ümidvaram ki, yaxın zamanda bu, mənə nəsib olacaq. Şükürlər olsun ki, Azərbaycan torpaqları işğaldan azad olundu və bir zamanlar yenilməz olduqlarını dilə gətirən ermənilərin hazırkı vəziyyətlərini də görürük. Azərbaycanlıları təbrik edirik. Bu zəfəri günbəgün televiziya kanallarında izlədik".