"İnstaqram"ın işində nasazlıqlar yaranıb


Digərləri 12 Noy 2020 09:34:00 169 0

"İnstaqram"ın işində nasazlıqlar yaranıb

"İnstaqram" sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.

Məlumata əsasən, nasazlıqlar ən çox ABŞ,Braziliya, Kolumbiya, Çili, Fransa, Ukrayna və Avstraliyada qeydə alınıb.

İstifadəçilərin təxminən 86 faizi tətbiqin xəbər lentində, 7 faizi "stories" bölməsində, 6 saytın işində problemlərlə qarşılaşıb.