Moskva hava limanlarında 20 təyyarə reysi təxirə salınıb


Dünya 12 Noy 2020 08:53:00 150 0

Moskva hava limanlarında 20 təyyarə reysi təxirə salınıb

Moskvanın hava limanlarında 20 təyyarə uçuşu təxirə salınıb və bir neçəsi ləğv edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hava limanlarında reyslərin təxirə salınması və ləğv edilməsi Moskva vaxtı ilə 00:25-ə qədər uçuş qrafikində əks olunub.

"Domodedovo"da 8 uçuş ləğv edilib, 1 uçuş təxirə salınıb. Eyni zamanda, "Vnukovo"da 5 uçuş təxirə salınıb, 1-i ləğv edilib. Bundan əlavə, "Şeremetyevo"da 5 reys təxirə salınıb.

"Zukovski"də isə uçuşların təxirə salınması və ləğv edilməsi barədə məlumat verilməyib.