İnquşetiyanın sabiq dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib


Siyasət 11 Noy 2020 17:11:00 115 0

İnquşetiyanın sabiq dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

İnquşetiya Respublikasının sabiq Prezidenti Ruslan Auşevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi Dağlıq Qarabağ münaqişəsi üzrə sülh razılaşmasının imzalanması münasibətilə ürəkdən təbrik edirəm.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycanın çoxmillətli xalqının rifahı naminə qarşınızda duran vəzifələrin həyata keçirilməsində uğurlar, əmin-amanlıq, səadət və rifah arzulayıram".

Son.az