KTMT Dağlıq Qarabağda sülhün bərqərar olunmasını alqışlayır


Digərləri 11 Noy 2020 17:09:00 169 0

KTMT Dağlıq Qarabağda sülhün bərqərar olunmasını alqışlayır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılmasını alqışlayır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

O, döyüş əməliyyatlarının dayandırılması faktını yüksək qiymətləndirdiyini bildirib:

"Bu, Rusiya və Azərbaycan prezidentiləri, Ermənistanın baş naziri arasında müvafiq bəyanat imzalamasından sonra mümkün oldu. Biz regionda sülhün bərqərar olmasında və qan tökülməsinin dayandırılmasına gətirib çıxaran bütün addımları alqışlayırıq"