İrəvanda keçirilən etiraz aksiyasında vəziyyət gərginləşib,


Dünya 11 Noy 2020 14:24:00 142 0

İrəvanda keçirilən etiraz aksiyasında vəziyyət gərginləşib,

Ermənistanın paytaxtı İrəvan şəhərinin Azadlıq meydanında keçirilən etiraz aksiyasında vəziyyət gərginləşib.

Son.az APA-ya istinadən bildirir ki, etirazçılarla polis əməkdaşları arasında qarşıdurma baş verib.

Nəticədə üç polis əməkdaşı xəsarət alıb.

Xəsarət alan polis əməkdaşlarından biri həmkarları tərəfindən ərazidən uzaqlaşdırılıb.