Bakıda nənə və nəvəni avtomobil vurdu:


Digərləri 11 Noy 2020 14:30:00 198 0

Bakıda nənə və nəvəni avtomobil vurdu:

Bakıda yolu keçən nənə və nəvəni avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini A.Alıyev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Məsmə Alıyevanı və nəvəsi Turanı vurub. Qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın ölüb, nəvəsinin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.