Türkiyə Rusiyanın koronavirus vaksinini istehsal etmək niyyətindədir


Dünya 11 Noy 2020 14:14:00 167 0

Türkiyə Rusiyanın koronavirus vaksinini istehsal etmək niyyətindədir

Türkiyə Rusiyanın "Sputnik V" koronavirus vaksininin istehsalını təşkil etmək niyyətindədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, həmin məsələ hər iki ölkənin səhiyyə nazirləri Mixail Muraşko və Fəxrəddin Koca arasındakı görüş zamanı müzakirə olunub.

Türkiyəli nazir toksikoloji tədqiqatların keçirilməsindən sonra vaksinin Türkiyənin əczaçılıq müəssisələri tərəfindən istehsal olunmasına maraq göstərdiklərini deyib.