Bakıda oyun zalından 8 min manatlıq oğurluq olub


Kriminal 10 Noy 2020 17:44:00 136 0

Bakıda oyun zalından 8 min manatlıq oğurluq olub

Bakıda oyun zalından oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Binəqədi  Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki oyun zallarının birindən 8250 manat dəyərində 5 ədəd televizor, 10 ədəd kompyüter və 5 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Paşayev saxlanılıb.