Azərbaycan bütün dünyaya milli birlik, milli həmrəylik nümayiş etdirdi


Siyasət 10 Noy 2020 17:25:00 114 0

Azərbaycan bütün dünyaya milli birlik, milli həmrəylik nümayiş etdirdi

Milli Məclisin deputatı Oqtay Əsədov qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Son.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın geri qaytarılması münasibətilə hər kəsi təbrik edirəm.

Bu gün hər birimiz üçün ən unudulmaz, yaddaqalan gün olacaq. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Biz Qarabağa qayıtdıq!

Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, Cənab Prezidentlə çiyin - çiyinə mübarizə aparan Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və Müzəffər Ordumuza eşq olsun!

Sentyabrın 27-dən başlayan Vətən müharibəsinin bizim qələbə ilə başa çatacağına əvvəl gündən inanırdıq. Bu inamı bizdə Ali Baş Komandan verdiyi qətiyyətli qərarları, atdığı addımları ilə yaratdı.

Bu günlər ərzində Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşdi. Azərbaycan bütün dünyaya milli birlik, milli həmrəylik nümayiş etdirdi. Dünya xalqımızın gücünü-qüvvətini gördü.

Biz indi inamla Qarabağ Azərbaycandır! deyirik.

Var olsun Ali Baş Komandan İlham Əliyev!

Eşq olsun müzəffər Azərbaycan Ordusuna!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!