Aİ Dağlıq Qarabağda döyüş əməliyyatlarının başa çatmasını alqışlayır


Digərləri 10 Noy 2020 17:28:00 168 0

Aİ Dağlıq Qarabağda döyüş əməliyyatlarının başa çatmasını alqışlayır

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda döyüş əməliyyatlarının başa çatmasını alqışlayır və bunun nəticələrini təhlil edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano brifinq zamanı deyib.

O bildirib ki, Aİ əvvəldən tərəfləri atəşi dayandırmağa çağırırdı:

"Biz bu addımı alqışlayırıq və hazırda müharibənin fəsadlarını və regiondakı cari vəziyyəti təhlil edirik. Bundan sonra biz bəyanatla çıxış edəcəyik".