“Covid19” xəstəsi olan iki qadın evi tərk etdi,


Digərləri 09 Noy 2020 17:32:00 118 0

“Covid19” xəstəsi olan iki qadın evi tərk etdi,

Mingəçevir Şəhər Polis Şöbəsinə "Covid-19" infeksiyasına yoluxmuş iki şəhər sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, şəhər sakinləri - V.Qurbanova və İ.Bayramovanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, ancaq həmin şəxslər karantin qaydalarını pozaraq yaşayış yerlərini tərk ediblər.

Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan V.Qurbanova və İ.Bayramovanın qanunazidd hərəkətlərinin qarşısı alınaraq, onlar həkim briqadasının da müşayiəti ilə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxs barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.