"Şuşanın işğal edildiyini deməyimin xəcaləti 28 ildir üstümdə idi"


Digərləri 09 Noy 2020 14:51:00 154 0

"Şuşanın işğal edildiyini deməyimin xəcaləti 28 ildir üstümdə idi"

Düz 28 il 6 ay əvvəl Şuşamızın işğalı günü AzTv-də diktor olaraq növbədə və ekranda idim. O günün xəcaləti və kədəri indiyə qədər üstümdə idi.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə sosial şəbəkədə yazıb. Aparıcı bildirib ki, illər əvvəl Şuşanın işğal edildiyi xəbərini efirdə o, səsləndirib:

"Bu gün o xəcalət hissini fəxarət hissinə dəyişə bildiyimə g̈rə, Şuşanın işğaldan azad olunması xəbərini Ali Baş Komandandan sonra ilk olaraq efirdə səsləndirdiyimə görə çox xoşbəxtəm. Bu şəraiti mənə yaratdığı üçün İctimai televiziyayanın rəhbərliyinə və "Sabaha saxlamayaq" verilişinin kollektivinə minnətdarlığım sonsuzdur".

N.İslamzadə "Sabaha saxlamayaq" proqramında qonaq olub və Şuşanın düşməndən azad edildiyini deyib. O bildirib ki, verilişə gələrkən çox həyəcanlı olub:

"Bilmirəm bura necə gəldim. Taksiyə mindim, sürücü məndən pul almadı".