"Tezliklə AŞ PAnın onlayn iclaslarına Şuşa və Xankəndidən qoşulacağam"


Siyasət 09 Noy 2020 14:58:00 127 0

"Tezliklə AŞ PAnın onlayn iclaslarına Şuşa və Xankəndidən qoşulacağam"

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü Tural Gəncəliyev onlayn-iclaslara Şuşa və Xankəndidən qatılmaq niyyətində olduğunu bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

O bildirib: "AŞ PA-nın immiqrasiya komitəsinin iclasında çıxış etdim və erməni təcavüzü və işğalının yaratdığı humanitar fəsadlar barədə danışdım. Tezliklə AŞ PA-nın onlayn-iclaslarına Şuşa və Xankəndidən qoşulacağam! Oradan cari vəziyyət barədə ətraflı danışacağam".